
Bakı. Trend:
Paris Əmək Məhkəməsi PSJ-nin sabiq futbolçusu Kilijan Mbappeyə
61 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin yayında “Real”a azad
agent kimi transfer olunan fransalı hücumçu ilə klub arasında maaş
və müqavilə ilə bağlı yaranan mübahisə məhkəmədə araşdırılıb.
Məhkəmə işin yekununda PSJ-nin Mbappeyə ödənilməmiş maaş və
bonuslar əvəzində 61 milyon avro ödəməli olduğu qənaətinə
gəlib.
Xatırladaq ki, 27 yaşlı forvard haqsız müqavilə ləğvi və imza
bonusları da daxil olmaqla, ümumilikdə 10 maddə üzrə keçmiş
klubundan 263 milyon avro təzminat tələb etmişdi.
PSJ isə müqaviləni uzatmamaq qərarını gizlətməkdə və klubu
mümkün transfer gəlirindən məhrum etməkdə günahlandırdığı Mbappeyə
qarşı 440 milyon avro məbləğində əks təzminat iddiası
qaldırmışdı.


