Aİ Ukrayna üzrə Kompensasiya Komissiyasına 1 mln. avro yardım ayıracaq

Baş səhifə

Avropa İttifaqı Ukrayna üzrə Kompensasiya Komissiyasına 1 milyon avro məbləğində yardım ayıracaq.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “X” hesabında bildirib.

“Rusiya dağıtdığı evlər, məktəblər və xəstəxanaların pulunu ödəmək məsuliyyətindən yayına bilməz. Bu gün Haaqada Rusiyanın müharibədə Ukraynaya vurduğu ziyanla bağlı qaldırılan məsələlərin həlli üçün komissiya yaratdıq. Aİ bu komissiyanın işini dəstəkləyəcək və ilkin mərhələdə 1 milyon avro ianə ödəyəcək”, Kallas qeyd edib.