
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP
Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqaşov, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri və FHN-in Şimal Regionunda
fəaliyyət göstərən yerli strukturlarının şəxsi heyəti Ümummilli
Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz
xatirəsini dərin hörmətlə yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fövqəladə Hallar
Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin
strukturunda çalışan bütün əməkdaşları təbrik edib, onlara çətin və
şərəfli işlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi ölkə
əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və
fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz
fəaliyyətini uğurla davam etdirir.
Son illər ərzində nazirlik tərəfindən fövqəladə hallar sahəsində
etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və
ərazilərin təbii və texnogen hallardan, eləcə də yanğınlar və su
hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı
mühüm işlər görülüb.
Digər çıxış edənlər də FHN işçilərini peşə bayramı münasibətilə
təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
FHN əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan
bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri
Fərmanı ilə təltif edilib.


