Bakı. Trend:
Havay adasında Kilauea vulkanının daha bir püskürməsi baş
verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti
bildirib.
Məlumata əsasən, yerli vaxtla səhər saat 8:49-da üç kraterdən
püskürməyə başlayıb. Cənub kraterindən çıxan lava fəvvarələri
1000-1200 fut (300-370 metr) hündürlüyə çatıb və atılan lavanın
ümumi həcmi 16 milyon kub yard (12 milyon kub metr) olaraq
qiymətləndirilib.
“Fəvvarələrdən axan lava axını Halemaumau kraterinin səthinin
50-60 faizini əhatə edib”, – deyə qeyd olunub.
Püskürmə 12 saat sonra dayanıb.

