Benində hərbçilər hakimiyyəti ələ keçiriblər

Baş səhifə

Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Modern.az xəbər verir ki, bu barədə “La Nouvell Tribune” portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.

Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.

Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.