Qarabağda bərpa-quruculuq prosesi orijinal layihələrə əsaslanır – Pakistan Ali Məhkəməsinin vəkili

Baş səhifə

Bakı.Trend:

Son iki ildə Qarabağa səfər etmişəm və şahid oldum ki, o
ərazilər işğalçılar tərəfindən tamamilə darmadağın edilib.

Trend xəbər verir ki, bunu bu gün Pakistan Ali Məhkəməsinin
vəkili Muhammad Sohail Sajid Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa va
sülhə aparan yol kimi” mövzusunda keçirilən III Beynəlxalq
Konfransın panel sessiyasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, işğalın izləri hər yerdə görünür:

“Həmçinin, xeyli ərazi minalanıb və yerli əhali üçün təhdid
təşkil edir. Qarabağda tarixi abidələr, məscidlər və digər yaddaş
məkanları dağıdılıb”.

Onun sözlərinə görə, Qarabağda bərpa və quruculuq işləri
orijinal layihələrə əsaslanır, tarixi məhəllələr bərpa edilir və
keçmiş gələcəklə əlaqələndirilir.