
Bakı. Trend:
Endirimli Cümə kampaniyası müştərilərə yalnız avtomobillərini
hərtərəfli sığorta imkanı deyil, eyni zamanda əlverişli tariflərlə
ciddi qənaət əldə etmək fürsəti yaradır. Bu endirimlə Tam KASKO həm
daha əlçatandır, həm də hər bir sürücüyə öz yol təhlükəsizliyinə
investisiya etməyin rahatlığını yaşadır.
28 noyabr – 01 dekabr 2025-ci il tarixlərində PAŞA Sığortadan
Tam KASKO sığortası əldə edəcək avtomobil sahiblərinə 25% endirim
təqdim olunur. Bu xüsusi kampaniya avtomobil sahiblərinə geniş
təminat paketini daha sərfəli qiymətlərlə əldə etmək imkanı
yaradır.
Tam KASKO sığortası avtomobil sahiblərinə qəza, oğurluq, yanğın,
təbiət hadisələri və digər gözlənilməz risklər qarşısında tam
müdafiə təqdim edir.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı
məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və
ya PAŞA Sığorta şirkətinin rəsmi Facebook və ya
Instagram
səhifələrindən də müraciət edə bilərsiniz.
Kampaniyaya müraciət üçün bu linkə keçid edə
bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri
olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA
Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ
və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət
göstərir.“AM Best” beynəlxalq reytinq agentliyi emitentin
uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı
reytinqini “B++”, reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində
təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta
ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının
lider və ən böyük sığorta şirkətlərindəndir.


