Qazaxıstanda patrul polisi dronlardan istifadə edəcək

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Atırau bölgəsində patrul polisi əməkdaşları
avtomobil yollarında təhlükəsizliyə nəzarəti artırıb.

Trend-in
məlumatına görə, polis yol hərəkətini izləmək və yollara çıxan
heyvanları müəyyənləşdirmək məqsədilə dronlardan fəal şəkildə
istifadə edir.




Havadan aparılan nəzarət təhlükəli vəziyyətlərin daha sürətli
aşkarlanmasına və qəzaların qarşısının alınmasına şərait
yaradır.

Bununla yanaşı, polis əməkdaşları gizli patrul xidməti, sürət
rejiminə nəzarət, eləcə də yük və sərnişin daşıyan nəqliyyat
vasitələrinin yoxlanılması kimi digər tədbirləri də həyata
keçirirlər.