
Bakı. Trend:
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon
şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma
Komitəsinin iclasında komitə üzvü kimi iştirak edib.
Trend xəbər verir
ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə
yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik
Mexanizminin 2025/2026 mövsümündə tətbiqi, Maliyyə Dayanıqlığı
Qaydalarının keçid dövrünün başa çatması, həmçinin UEFA-nın tibbi
və antidopinq tələbləri müzakirə olunub.
Görüş zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026
mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı
istiqamətində strateji məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.


