Bakı. Trend:
Kosovanın Avropa İttifaqına (Aİ) üzvlük müraciəti Avropa
Komissiyası tərəfindən işlənməlidir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Kosova Prezidenti Vjosa Osmani
bildirib.
Osmani qeyd edib ki, Kosovo 15 Dekabr 2022-ci ildən etibarən
üzvlük üçün müraciət edib və o zamandan bəri prosesin başlanmasını
gözləyir.
O vurğulayıb ki, Kosova Qərb Balkan regionundakı digər ölkələrlə
müqayisədə kifayət qədər irəliləyiş əldə edib, lakin Aİ tərəfindən
bu irəliləyişə müvafiq addım atılmayıb.

