
Bakı.Trend:
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar
oğlu Kərimov Polşa ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Gəncə şəhər Baş Polis
İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə
E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar
qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu
tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər
görülür.


