
Bakı. Trend:
Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası
münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə
səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar
yaradır.
Trend xəbər verir ki, bu
fikir Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının
Prezidenti Edqars Rinkeviçsə ünvanladığı təbrik məktubunda yer alıb.
“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz
arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək,
əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra
da birgə səylər göstərəcəyik”, – deyə dövlətimizin başçısının
məktubunda qeyd olunub.


