Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına
yeni futbolçu dəvət olunub.
Trend xəbər
verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə
keçirilən oyunlar zamanı millinin düşərgəsində olan “Şamaxı”nın
müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.
Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının
seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə
qarşılaşacaq.

