
BP
şirkəti “Şəfəq-Asiman” qaz yatağında növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda layihə üzrə planlama mərhələsi aparılır:
“Biz kəşfiyyat işlərinin hansı qazma qurğusu ilə həyata keçiriləcəyini və bunun digər layihələrlə əlaqələndirilməsini qiymətləndiririk. Qazma qurğusu digər layihə üzrə işlərdən azad olunduqdan sonra “Şəfəq-Asiman” yatağında istifadə ediləcək”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


