Bakı.Trend:
Ağstafada kişini qohumunun evində tok vurub.
Trend xəbər
verir ki, hadisə Ağstafa rayonunun Düzqışlaq kəndində noyabrın 15-i
qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Vəli Zeynalov saat 22 radələrində
qohumuna məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən su
matorunu təmir edərkən elektrik vurması nəticəsində həyatını
itirib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma
aparılır.

