Türkiyə yığmasında itki –

Baş səhifə

Futbol üzrə Türkiyə yığma komandası Bolqarıstanla oynayacağı matçdan əvvəl ciddi itki ilə üzləşib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş”ın və milli komandanın ulduz futbolçusu Emirhan Topçu zədələnib. Zədəsi ağır olan futbolçu heyətdən çıxarılıb. Emirhanın müalicəsi öz klubunda davam etdiriləcək.

Yığmanın daha bir üzvü – “Qalatasay”ın yarımmüdafiəçisi İlkay Gündoğan da zədələndiyi üçün əsas heyətdən kənarda qalıb.

Qeyd edək ki, dünya çempionatının seçmə oyunları çərçivəsində Türkiyə millisi sabah doğma meydanda Bolqarıstan yığmasını qəbul edəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.