“Real”ın futbolçusu millimizə qarşı oynamayacaq

Baş səhifə

Bakı. Trend:

Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu
çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq.

Trend xəbər
verir ki, ikiqat dünya çempionları matça ciddi itki ilə
çıxacaq.




“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandaya kömək edə
bilməyəcək. Millinin düşərgəsində zədələnən 23 yaşlı futbolçu
müalicə olunmaq üçün İspaniyaya qayıdıb.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat
21:00-da start götürəcək.