Bakı. Trend:
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə
məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Trend xəbər verir
ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, qəzaya düşən təyyarədə ekipaj üzvləri
ilə birlikdə 20 hərbçi olub və qəza yerində axtarış-xilasetmə
əməliyyatları davam etdirilir.
Qeyd olunur ki, Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə
Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı
vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından
itib.

