Türkiyə Futbol Federasiyasında 45 nümayəndə istefa verdi

Baş səhifə

Türkiyə Futbol Federasiyasında 45 nümayəndə mərc istintaqı başladıqdan sonra istefa verib.

Metbuat.az xəbər verir ki, nümayəndələr TFF-nin daxili istintaqından sonra vəzifəsindən ayrılıb. NTV-nin məlumatına görə, istefa verən nümayəndələr mərc etdiyini etiraf edib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu türk hakimlərin futbol matçları ilə bağlı mərc etdiyini açıqlamişdı. Onun sözlərinə görə, Peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc hesabı var. Onlardan 152-si intensiv şəkildə mərc edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.