“Apple” ucuz kompüter buraxacaq

Baş səhifə

Bakı. Trend:

“Apple” korporasiyası “iPhone” prosessoru ilə təchiz olunacaq
ucuz MacBook təqdim edəcək.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məşhur insayder və Bloomberg jurnalisti Mark Qurman Amerikanın
IT nəhənginin nisbətə aşağı qiymətə satılacaq noutbuk üzərində
işləyir.




Onun sözlərinə görə, “iPhone”dakı prosessorun sadələşdirilmiş
versiyasını alacaq bu model 2026-cı ilin birinci yarısında təqdim
ediləcək.

Qurman bildirib ki, şirkət artıq cihazın sınaqlarına başlayıb və
o, hesabatlarda “J700” adı ilə qeyd olunur.

Qeyd olunur ki, yeni, ucuz model əsasən yığcam noutbuk və
planşet istifadəçiləri üçün nəzərdə tutulacaq. Mütəxəssisin
sözlərinə görə, bu modelin qiyməti “MacBook Air”dən (1000 dollar /
1700 AZN) xeyli ucuz olacaq. Qurman əlavə edib ki, “Apple” yeni
noutbukun qiymətini klaviaturalı “iPad” (Magic Keyboard-lu)
dəstinin dəyərinə – təxminən 600 dollar səviyyəsinə uyğunlaşdırmağı
planlaşdırır.