
Bakı. Trend:
2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin
sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin
differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin
dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə
tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü
iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, növbəti ildə 11 min nəfərədək təhsilalanı əhatə
edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə
adambaşı maliyyələşmə sisteminə keçirilməsi ilə bağlı xərclərin
maliyyə təminatı üçün 30,7 milyon manat vəsait
proqnozlaşdırılıb.


