Bakı. Trend:
Belarusdan Polşa vasitəsilə Avropa İttifaqı ölkələrinə keçid
gözləyən avtomobillərin növbəsi dəfələrlə artıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Litvanın Belarusla sərhədi bağlaması səbəbindən
Brest keçid məntəqəsindən Polşaya gedən avtomobillərin növbəsi altı
dəfə artıb.Bir həftə əvvəl Belarus-Polşa sərhədini keçmək üçün orta
hesabla 300-400 nəqliyyat vasitəsi gözlədiyi halda, bu gün həmin
rəqəm 2500-ü ötüb.
Belarus gömrükçüləri isə qeyd edirlər ki, hazırda 2100 yük
avtomobili Polşa marşrutu, 520 yük maşını isə Latviya marşrutu üzrə
yola düşməyi gözləyir.

