Nüvə sınaqları subkritik olacaq – ABŞ Energetika Nazirliyi

Baş səhifə

Bakı. Trend:

ABŞ nüvə silahı sınaqlarını çərçivəsində nüvə zəncirvari
reaksiyası yaratmayan subkritik partlayışlar həyata keçirmək
niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ energetika naziri Kris
Rayt bildirib.




Qeyd edək ki, oktyabrın 29-da ABŞ prezidenti Donald Tramp
Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək barədə
göstəriş verdiyini açıqlayıb. “Bəhs etdiyimiz sınaqlar sistem
sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, subkritik
partlayışlar adlanır və burada nüvə silahının bütün digər
hissələrinin düzgün həndəsə yaratdığından və nüvə partlayışına
səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirilir”, – deyə
o qeyd edib.