Bakı. Trend:
Meksikanın şimal-qərbindəki Hermosillo şəhərində mağazada baş
verən güclü yanğın azı 22 nəfərin, o cümlədən dörd uşağın ölümünə
səbəb olub.
Trend xəbər verir
ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə
xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, yanğın partlayış
nəticəsində başlayıb.
Yanğının mağazanın giriş hissəsində baş verdiyi, içəridə çoxlu
sayda alıcının qaldığı bildirilir. Hadisənin səbəbləri araşdırılır,
ilkin versiyalar arasında texniki nasazlıq və yanıcı materialların
alışması göstərilir.
Sonora ştatının qubernatoru Alfonso Durazo həlak olanların
ailələrinə başsağlığı verib, yaralılara yardım göstərilməsini
tapşırıb. Hermosillo bələdiyyəsi Ölülər Günü festivalı çərçivəsində
planlaşdırılan bütün mədəni tədbirləri ləğv edib.

