Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik – Hikmət Hacıyev – (FOTO)

Baş səhifə

Bakı.Trend:

Biz Prezident İlham Əliyevin izi ilə diplomatik korpusun üzvləri
ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında səfərdəyik.

Trend xəbər verir ki, Azərbaycan Respublikası
Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə o, “X”
hesabında yazıb.

“Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Səfər boyu biz
əsas diqqəti Zəngəzur dəhlizinin tikintisinə, eləcə də regionda
həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə
yönəldəcəyik. 2020-ci il Vətən Müharibəsindən bəri bu, diplomatik
korpusla birlikdə işğaldan azad edilmiş ərazilərə 20-ci
səfərimizdir”, – paylaşımda qeyd olunub.