Cənubi Koreya nüvə sualtı qayığını ABŞ-də inşa edəcək

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya hökuməti nüvə sualtı qayığının tikintisi üçün
Filadelfiyadakı ABŞ gəmiqayırma zavodunun xidmətlərindən istifadə
edəcək.

Trend xəbər verir
ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında
məlumat verib.




“Cənubi Koreya burada, köhnə, yaxşı Amerika Birləşmiş
Ştatlarında – Filadelfiya gəmiqayırma zavodlarında nüvə sualtı
qayığı inşa edəcək”, – deyə Tramp qeyd edib.

ABŞ lideri, həmçinin ölkədə gəmiqayırma fəaliyyətinin yaxın
vaxtlarda yenidən canlanacağını vurğulayıb.