Bakı. Trend:
Çin Xalq Respublikasının hökuməti növbəti beş il ərzində ölkə
iqtisadiyyatında istehlak xərclərinin payını artırmağı
planlaşdırır.
Bu barədə Trend
xarici KİV-ə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, hökumət ailələrin istehlak səviyyəsini
əhəmiyyətli dərəcədə yüksəltmək niyyətindədir. Bunun üçün hökumət
real iqtisadi sektorun dəstəklənməsi məqsədilə maliyyə xidmətlərini
yaxşılaşdırmağı planlaşdırır
Bu məqsədlə Çin hökuməti gələcəkdə başlıca olaraq texnoloji
innovasiyalar, istehlak, kiçik və mikrosahibkarlıq subyektləri,
eləcə də xarici ticarət sahələrinə diqqəti artıracaq , eyni zamanda
fiskal, pul-kredit və sənaye siyasətinin əlaqələndirilməsini
gücləndirəcək.

