Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, bu gün B qrupunda yer alan komandalar üz-üzə gələcəklər.

İlk olaraq “Quba” “Lənkəran”ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

“Sumqayıt” isə “Ordu”nun qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq.

“Ordu” B qrupunda 6 xalla liderdir. “Quba” 5 xalla üçüncü, “Lənkəran” 4 xalla dördüncü, “Sumqayıt” isə 3 xalla sonuncu – altıncı sıradadır.

Qeyd edək ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub edib – 87:68.