Azərbaycanda 2030-cu ilə qədər neft hasilatı üzrə proqnozlar verilib

Baş səhifə

Bakı. Trend:

Ölkədə neft hasilatının tədricən azalacağı gözlənilir.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsində öz əksini tapıb.

2023-cü ildə neft hasilatı 30,1 milyon ton təşkil edib, 2024-cü
ildə isə bu göstərici 29,1 milyon tona düşüb ki, bu da əvvəlki illə
müqayisədə 3,3 faiz azalma deməkdir.

2025-ci il üçün olan proqnoz 28,5 milyon ton səviyyəsindədir ki,
bu da 2024-cü illə müqayisədə 2,1 faiz azdır.




2026-cı ildə hasilatın 27,6 milyon ton səviyyəsində olacağı
(2025-ci illə müqayisədə 3,2 faiz az), 2027-ci ildə 27,1 milyon ton
( 2026-cı illə müqayisədə – 1,8 faiz), 2028-ci ildə isə 26,6 milyon
ton (2027-ci illə müqayisədə -1,8 faiz) olacağı gözlənilir.

Bununla yanaşı, 2029-cu ildə hasilatın 27,4 milyon tona
yüksələcəyi proqnozlaşdırılır ki, bu da 2028-ci illə müqayisədə 3
faiz çoxdur. Beləliklə, 2025–2028-ci illərdə hasilatın azalmasından
sonra 2029-cu ildə orta səviyyədə bərpa gözlənilir.

“2026-2028-ci illərdə isə neft və əmtəəlik qaz hasilatı üzrə
azalma proqnozları neft-qaz sektorunun azalmasına səbəb olacaqdır.
Lakin 2029-cu ildə Abşeron yatağının tam miqyaslı işlənilməsi
hesabına neft və əmtəəlik qaz hasilatında gözlənilən artımlar
ümumilikdə neft-qaz sektorunun dinamikasına müsbət töhfə
verəcəkdir.”,-deyə büdcə layihəsində deyilir.