AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını açıqlayıb

Baş səhifə
AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il cari əməliyyatlar balansında 3,7 milyard ABŞ dolları, gələn il isə 3 milyard ABŞ dolları profisit proqnozlaşdırır.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna proqnozu cüzi artırılıb, 2026-cı ilin sonuna isə sabit saxlanılıb.