
Hazırda Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu ilə 18 min 639 nəfər qeydiyyatdadır.
Metbuat.az Report-a istinadla xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu qoyulmuş 8 min 82 nəfər beş il və daha çox yaşayan insanlardır.
“Ötən il 2 876 nəfərin ilkin diaqnozda süd vəzisinin xərçəngi olduğu qeydə alınıb. Bunlardan 610-u profilaktik baxış zamanı aşkarlanıb. 2024-cü ildə 1309 nəfərdə birinci və ikinci mərhələdə, 878-də üçüncü mərhələdə, 487 nəfərdə isə dördüncü mərhələdə süd vəzi xərçəngi aşkarlanıb”, – baş həkim vurğulayıb.
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


