Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü

Baş səhifə

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib

görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Daha sonra Vətən müharibəsində xalqımızın və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı Qələbədən danışılıb.

Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.

Ardınca xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlara xidməti fəaliyyətdə uğurlar arzulanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.