Bakı. Trend:
Cənubi Koreya hakimiyyəti Koreyalararası sərhədi keçən Şimali
Koreya əsgərini nəzarətə alıb.
Trend xəbər verir
ki, bu barədə məlumatı Yonhap agentliyi Birləşmiş Qərargah
Rəislərinə istinadən yayıb.
Əsgər sərhədi mərkəzi hissədə keçib. Cənubi Koreya hərbçiləri
onun hərəkətlərini izləyib və “ona kömək göstəriblər”. Hakimiyyət
hazırda onun motivlərini müəyyən etməyi planlaşdırır.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildiriblər ki,
“Şimali Koreya hərbçiləri tərəfindən qeyri-adi hərəkətlər aşkar
edilməyib”.
Qeyd olunub ki, əsgər prezident Li Jae-Myonq hakimiyyətə gələn
iyundan bəri Cənubi Koreyaya sərhədi keçən üçüncü qaçqındır, lakin
2024-cü ilin avqustundan bəri ilk hərbi xidmətçidir.

