
Bakı. Trend:
18 oktyabr 2025 tarixindən etibarən İranın nüvə proqramı və
onunla əlaqədar mexanizmlər haqda nəzərdə tutulan maddələri özündə
ehtiva edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi başa
çatmış hesab olunur.
Trend-in
məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz
əksini tapıb.
Bəyanata əsasən, sözügedən qətnamə 20 iyul 2015 tarixində BMT
Təhlükəsizlik Şuraısnın İranın dincməqsədli nüvə proqramı haqda
qətnaməsidir.
Bəyanatda qeyd olunur ki, beləliklə “nüvə silahlarının
yayılmaması” başlığı altında İranın nüvə proqramı BMT Təhlükəsizlik
Şurasının araşdırılmalı olan məsələlər siyahısından çıxarılmalıdır.
2231 saylı qətnamənin müddətinin başa çatması ilə İranın nüvə
proqramı haqda Nüvə Silahlarının Yayılmamasına dair Sazişə üzv nüvə
silahı olmayan hər bir ölkənin nüvə proqramı kimi addım
atılmalıdır.
Bəyanatda deyilir ki, İranın nüvə proqramı məsələsinin BMT
Təhlükəsizlik Şurasının gündəminə salınması İranın nüvə proqramının
dinc məqsədli olması və nüvə silahlarına doğru yönəlməməsi
məqsədini daşımışdır. Bu məqsəd tamamilə reallaşıb. Belə ki, Atom
Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bu reallığa zidd heç
bir hesabat verilməyib və Avropa üçlüyü və ABŞ-nin İranın qorunma
öhdəliklərinin yerinə yetirməməsini sübut etməyə dair agentliyə
təzyiqinə baxmayaraq, heç vaxt belə bir məsələ sübut olunmayıb.
Halbuki Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İran qorunma
öhdəliklərini qəbul etməsinə baxmayaraq eyni zamanda sanksiyalar
şəraitində qalmış və Avropa İttifaqı və ABŞ sanksiyaların aradan
qaldırılması üzrə öz öhdəliklərini yerinə yetirməmişlər.
“İran Hərtərəfli Birgə Fəaliyyət Planına üzv Avropa üçlüyünün
(Böyük Britaniya, Fransa və Almaniya) BMT Təhlükəsizlik Şurasının
vaxtı başa çatmış qətnamələrinin bərpa olunması istiqamətində
ixtilafı həlli mexanizmindən sui-istifadə etmələrinin qanunsuz
olduğunu bildirir və xatırladır ki, Avropa üçlüyünün bu hərəkəti
2231 saylı qətnamədə dərc olunan qanuni çərçivəyə heç bir problem
yaratmayıb”, – bəyanatda qeyd olunur.
İran XİN əlavə edir ki, Təhlükəsizlik Şurasının 2 daimi üzvü
Avropa üçlüyü və ABŞ-nin qeyd olunan qanunsuz hərəkəti ilə
razılaşmayıb və İran, Çin və Rusiyanın bu haqda BMT baş katibinə
birgə məktubunda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası İran
əleyhinə ləğv olunan qətnamələrin bərpa olunması haqda müstəqil
nəticənin çıxarılması üçün BMT katibliyinə icasənin verilməsinə
dair heç bir qərar verməyib.
“Qeyd olunan məsələləri nəzərə alaraq, BMT baş katibindən BMT
nizamnaməsinin 100-cü maddəsinə uyğun olaraq, İran əleyhinə başa
çatmış qətnamələrin bərpa olunması iddiası prosesinə dair BMT-nin
internet səhifəsində qeyd olunan yanlış məmulatların dərhal
düzəldilməsi və Təhlükəsizlik Şurasının funksiyası ilə laqədar
hüquqi proseslərdə əlavə anlaşılmazlığa mane olması istənilir”, –
bəyanatda qeyd olunur.


