Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat: 16 şübhəli saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul, Edirne və Mardin vilayətlərində hüquq
mühafizə orqanları mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat
keçirilib.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.




Əməliyyatın gedişində qəsdən adamöldürmə, əmlaka ziyan vurma,
hədə-qorxu gəlmə və başqa ağır cinayətlərdə şübhəli bilinən 16
nəfər saxlanılıb. Saxlanılanlardan biri yetkinlik yaşına çatmamış
şəxsdir.

Aparılan axtarışlar nəticəsində 3 ədəd seriyasız tapança və 138
ədəd patron aşkar edilərək götürülüb.