2025-ci ilin ən çox qazanan futbolçuları açıqlanıb – SİYAHI

Baş səhifə

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Forbes” jurnalının
illik reytinqində dünyanın ən çox qazanan futbolçusu statusunu
yenidən özünə qaytarıb.

Trend xəbər verir
ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzunun illik ümumi
gəliri 280 milyon dollar təşkil edib, bunun təxminən 50 milyon
dolları reklam müqavilələrindən əldə olunub.

Nəşrin məlumatına görə, siyahıda ikinci yeri “İnter Mayami”
klubundan argentinalı Lionel Messi tutub. Onun ümumi qazancı 130
milyon dollardır, bunun təxminən 70 milyonunu brendlərlə reklam
müqavilələri təşkil edir.




İlk üçlüyü başqa bir səudiyyə klubu – “Əl-İttihad”ı təmsil edən
fransalı Kərim Benzema tamamlayır. Onun gəliri 104 milyon dollara
çatıb.

Reytinqə həmçinin Avropa klublarının futbolçuları da daxil olub:
Kilian Mbappe (98 milyon), Erlinq Holand (60 milyon), Vinisius
Cunior (45 milyon), Məhəmməd Salah (42 milyon), Cud Bellingem (38
milyon) və “Forbes”un indiyə kimi siyahısına düşmüş ən gənc oyunçu
olan ispan Lamal Yamal (18 milyon).