Yağışlı hava nə vaxtadək davam edəcək?

Baş səhifə

Bakı. Trend:

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin
oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində leysan
xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11,
Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4,
Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz,
Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək
qeydə alınır.

Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur,
görünüş məsafəsi 500 metrədək məhdudlaşır.