Paşinyan ölkəsində dini xadimlərin həbsini şərh edib

Baş səhifə

Bakı. Trend:

Ermənistanda dini xadimlərlə bağlı bütün cinayət işləri qanun
çərçivəsində araşdırılır.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan
Araqatsotn yeparxasında aparılan həbsləri şərh edərkən
bildirib.

“Mən sadəcə olaraq hüquqi normalardan kənara çıxan istənilən
prosesin mümkünlüyünü istisna edirəm”, – deyə o, jurnalistin
müvafiq sualını cavablandırarkən bildirib və əlavə edib ki, Erməni
Apostol Kilsəsinə qarşı mübarizə aparmır.




Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Araqatsotn
yeparxiyasının 13 din xadiminin saxlanılması ilə bağlı xəbər
yayılmışdı. Onların arasında yeparxiyanın başçısı – yepiskop Mkrtiç
də yer alırdı.

Qeyd edək ki, Ermənistanda hakimiyyətlə kilsə arasında
münasibətlər may ayında gərginləşib.