Bakı. Trend:
Ermənistanda məhkəmə Ermənistan kilsəsinin Araqatsotn
yeparxiyasının rəhbəri Mkrtiç Proşyan barəsində iki ay müddətinə
həbs qətimkan tədbiri seçib.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Erem
Sarkisyan məlumat verib.
“Məhkəmə elə mənim proqnozlaşdırdığım kimi, məhkəmə istintaq
orqanlarının Proşyanın iki ay müddətinə həbs olunması barədə
vəsatətini təmin edib”, – deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Araqatsotn
yeparxiyasının 13 din xadiminin saxlanılması ilə bağlı xəbər
yayılmışdı. Onların arasında yeparxiyanın başçısı – yepiskop Mkrtiç
də yer alırdı.
Qeyd edək ki, Ermənistanda hakimiyyətlə kilsə arasında
münasibətlər may ayında gərginləşib.

