HƏMAS tərksilah etməkdən imtina edərsə, İsrail Qəzzada döyüşləri bərpa edəcək – Nazir

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı tərksilah etməkdən imtina edərsə,
İsrail Qəzza zolağında döyüşləri bərpa etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri
İsrael Kats bildirib.




“Əgər HƏMAS [Qəzza sülh sazişini] yerinə yetirməkdən imtina
edərsə, İsrail ABŞ ilə koordinasiyada HƏMAS-ın tam məğlubiyyətinə
nail olmaq, Qəzzada reallığı dəyişdirmək və müharibənin bütün
məqsədlərinə çatmaq üçün hərbi əməliyyatlara qayıdacaq”, – deyə
nazirin açıqlamasında bildirilib.

Bununla əlaqədar olaraq, Kats orduya Qəzzada döyüşləri bərpa
etmək zərurəti yaranacağı təqdirdə “hərtərəfli fəaliyyət planı”
hazırlamağı əmr edib.