Zelenski Odessada hərbi administrasiya yaradıb

Baş səhifə
Zelenski Odessada hərbi administrasiya yaradıb

Ukrayna Prezidenti Volodimir Zelenski Odessa şəhər hərbi administrasiyasının yaradılması haqqında əmr imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb.

Yeni yaradılan rayon administrasiyasına əvvəllər Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri vəzifəsində çalışmış Sergey Lısak başçılıq edəcək.