Bakı. Trend:
İsrailin hərbi kampaniyası hələ başa çatmayıb, çünki ölkəni
ciddi təhlükəsizlik problemləri gözləyir.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin
Netanyahu deyib.
“Kampaniya bitməyib. Qarşımızda böyük təhlükəsizlik problemləri
dayanır. Düşmənlərimizdən bəziləri yenidən bizə hücum etmək üçün
güclərini bərpa etməyə çalışırlar”, – deyə o bildirib.
O qeyd edib ki, İsrail qarşısında “qazanan qələbələr nəticəsində
böyük imkanlar” açılır.
“Birgə çalışaraq, biz çətinliklərin öhdəsindən gələcəyik və
fürsətlərdən istifadə edəcəyik”, – deyə baş nazir əlavə edib.

