Son günlər internet resurslarına qarşı DDoS hücumları həyata keçirilib – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların
kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları
kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq
tədbirləri gücləndirməyə çağırır.

Bu barədə Trend-ə ETX-dən məlumat verilib.




Bildirilib ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı
haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS
hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin
fəaliyyətində qısamüddətli fasilə yaranıb.

Bu hücumların məqsədi veb resursların əlçatanlığını
məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.