Lənkəranda yol qəzasında 2 azyaşlı, 2 tələbə xəsarət alıb

Baş səhifə

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi “Reno” markalı avtomobillə toqquşub. “VAZ-2106″nın sürücüsü və digər avtomobildə olan sərnişinlər – 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.