Yardımlıda müəllim şagirdi döyüb?

Baş səhifə

Yardımlıda şagirdin döyülməsi iddiası ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi açıqlama verib.

Modern.az-ın məlumatına görə, açıqlamada deyilir ki, sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə Elnur Məlikov adlı Yardımlı sakinin 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyü barədə iddialar yayılıb.