
Bakı.Trend:
Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648
kiberhücum indikatoru (IOC) müəyyən edib.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 12 faiz azdır.
Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə
dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması
nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36
kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən
44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına
ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili
araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş
insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq
bloklanıb.

