Rassel “Formula 1” Sinqapur Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

Baş səhifə
Rassel Formula 1 Sinqapur Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

“Mercedes” komandasının pilotu Corc Rassel Formula 1 Sinqapur Qran Prisinin seçmə mərhələsində qalib gəlib.

“Report”un məlumatına görə, “Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci, “McLaren” komandasının pilotu Oskar Piastri isə ilk üçlüyü tamamlayıb.

Əsas yarış oktyabrın 5-də baş tutacaq. Sürücülər yarışa Bakı vaxtı ilə saat 16:00-da başlayacaqlar.

Sentyabrın 21-də Red Bull pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.