
Bakı. Trend:
Bu gün Rusiya praktik olaraq iqtisadi, maliyyə cəhətdən tam
boğulur.
Trend xəbər
verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai
Birliyinin sədri Fikrət Yusifov Ermənistanın şübhəli idxal-ixrac
əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.
Onun sözlərinə görə, bu proses ildırım sürətilə davam edir:
“Rusiyanın 2025-ci il üzrə dövlət büdcəsi kəsiri 1,2 trilyon
rubl həcmində proqnozlaşdırılır. Bu gün oktyabr ayının 3-dür və
Rusiyanın dövlət büdcəsi kəsiri 8 trilyon rubla yaxınlaşıb”.
Bir ölkənin dövlətinin büdcəsi onun iqtisadiyyatının güzgüsüdür.
Yəni dövlət büdcəsi hansı səviyyədədirsə, deməli onun iqtisadiyyatı
da eyni vəziyyətdədir:.
F. Yusifov vurğulayıb ki, bu gün heç bir dövlət, hətta Rusiya
neftinin 50%-ni idxal edən və Rusiyanın dost kimi bəyan etdiyi Çin
belə heç bir formada Rusiyaya bir sent də kredit vermək və yaxud da
hər hansı bir formada yardım etmək istəyində deyil:
“Yəni Rusiyanın ətrafında olan, ona hər hansı bir formada
dəstəkləyən ölkələrin içərisində Çin yeganə ölkədir ki, öz maddi,
maliyyə imkanları baxımından Rusiyaya dəstək vermirlər”.

