
Bakı. Trend:
Son 5 ildə dövlət, özəl və ictimai sektor nümayəndələrinin
yaratdığı sinerji nətiçəsində yalnız iqtisadi sahədə 10 minlərlə
qadın sahibkarlıq təşəbbüslərinə dəstək alıb.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin
üçüncü günündə deyib.
Komitə sədrinin sözlərinə görə, onların bir hissəsi yaşıl
iqtisadiyyat və ekoloji layihələrdə fəaliyyət göstərib: “Regional
mərkəzlər şəbəkəsi vasitəsilə ölkənin əksər bölgələrində minlərlə
qadın peşə hazırlığına, maliyyə savadlılığına və məşğulluq
imkanlarına yiyələnib.
Uşaqların hüquqlarının müdafiəsi sahəsində isə Dövlət Komitəsi
digər tərəfdaşları ilə birlikdə son illərdə uşaq müdafiə
nexanizmləri şəbəkəsini genişləndirmiş, iqlim dəyişikliyi və
ekoloji maarifləndirmə mövzularını məktəbyaşlı uşaqlar arasında
təbliğ edən layihələr həyata keçirib”.
B. Muradova qeyd edib ki, ailə institutunun gücləndirilməsi
məqsədilə həyata keçirilən proqramlar minlərlə ailənin sosial
rifahının yüksəldilməsinə və icmaların dayanıqlılığının
artırılmasına töhfə verib.


