Qızılın qiyməti Comex birjasında rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci
ilin dekabr tədarükü üçün qızıl fyuçerslərinin qiyməti tarixi
maksimumu yeniləyərək bir troy unsiyası üçün 3900 dollar həddini
aşıb.

Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 06:05-də qiymətli metalın dəyəri 1 troy
unsiyası üçün 3902,4 dollar (0,24% artım) təşkil edib. Saat 06:09-a
olan məlumata görə isə qızılın qiyməti daha da yüksələrək 3904,1
dollaradək (+0,28%) çatıb.




Bakı vaxtı ilə 06:45-də qiymət bir qədər enərək 3893,8 dollar
(+0,02%) olub.